Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 572 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 454; 2009,
№ 8, maddə 617; 2016, № 8, maddə 1382) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də və “Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim
forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə dəyişiklik təsdiq edilsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2021-ci il