Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7 (I
kitab), maddə 1492; 2019, № 3, maddə 414, № 7, maddə 1247, № 10, maddələr 1580,
1592; 2020, № 2, maddə 109, № 5, maddə 556, № 6, maddə 700) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin
ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 mart 2021-ci il.