Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər
tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 27
oktyabr tarixli 191-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında
Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə
831, № 11, maddə 1320; 2016, № 6, maddə 1034, № 10, maddə 1612; 2017, № 12 (I
kitab), maddələr 2282, 2294; 2018, № 11, maddə 2258; 2019, № 5, maddə 847;
2020, № 7, maddə 878) 5.13-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.14-cü bənd əlavə edilsin:
“5.14. həmin
Qanunun 36-cı maddəsinin “Qeyd” hissəsində və 37.1.4-cü maddəsində “müvafiq
icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 27 oktyabr tarixli
191-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2020-ci il.