Haqqımızda

Apellyasiya Şurası

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli 762 nömrəli Fərmanının 1-ci hissəsinin icrası ilə əlaqədar olaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması məqsədilə 2016-cı ilin fevral ayında DTX rəisinin müavini (sədr) və Xidmətin mərkəzi aparatının aidiyyəti struktur bölmələrinin rəhbərlərindən ibarət tərkibdə DTX-nin Apellyasiya Şurası yaradılıb. Həmçinin müvafiq Şurasının cari fəaliyyətinin təşkili üçün Katiblik formalaşdırılıb.

  • 3

    Fevral 2016

    “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli 762 nömrəli Fərmanı

    Ətraflı
  • 5

    Aprel 2018

    “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli 762 nömrəli Fərmanına dəyişiklik haqqında AR Prezidentinin 05.04.2018-ci il tarixli 1910 nömrəli Fərmanı

    Ətraflı

Dövlət Təhlükəsizliyi Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti