Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

03 dekabr 2016-cı il

Qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilmiş, qanunsuz fəaliyyətlərinin qarşısı alınmışdır.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən  gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılmış, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar vermiş, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

*****

Служба Государственной Безопасности
Отдел по общественным связям

СООБЩЕНИЕ

При рассмотрении Службой государственной безопасности поступивших обращений о том, что группа лиц, войдя в предварительный сговор, используя технические средства, предназначенные для скрытого получения информации, организовывала встречи женщин с другими лицами и проводили скрытую видеосъемку их отношений, шантажировали их, а также, систематически публикуя в органах печати сведения порочащего и клеветнического характера, требовали и получали у граждан крупные суммы денег в обмен на прекращение данной деятельности, периодически собирали таким образом у лиц, работающих в различных учреждениях и организациях, предпринимателей плату, а также были разоблачены серийные преступные деяния преступной группы в составе группы лиц и вошедших с ними в сетевой сговор других лиц, создавших на территории Азербайджанской Республики «рэкетные» издания и действовавших под именем журналистов данных изданий.
По результатам расследования, проведенного Службой государственной безопасности, было возбуждено уголовное дело по фактам вымогательства, осуществления лицами, не уполномоченными осуществлять оперативно-розыскную деятельность с использованием технических средств, предназначенных для скрытого получения информации, таких мероприятий, главный редактор газеты «Bizim dövr» («Наша эпоха») Сурхай Алиев и другие лица, осуществлявшие деятельность по его поручению, были привлечены к уголовной ответственности в качестве лиц, подозреваемых в совершении соответствующих преступлений. Привлеченные к уголовной ответственности Сурхай Алиев и другие подробно рассказали о многочисленных преступных деяниях против пострадавших лиц, были установлены подготовленные ими материалы шантажного характера, а также скрытая видеосъемка интимных отношений отдельных граждан.
Следственно-оперативные мероприятия продолжаются.

*****

The State Security Service
Department of Public Relations

Press release

The State Security Service`s investigation into the complaints that a group of persons using technical devices for secretly obtaining information, was organizing meetings women with other persons and secretly filming their relationships, blackmailing them, regularly publishing discrediting and slanderous material about different persons in the print media, demanding and taking large amounts of money from citizens in return for stopping this activity, extorting money this way - on a periodically basis - from people working at different bodies and organizations, including entrepreneurs, and revealed a series of criminal acts of a criminal group made up of a group of persons, who established racket publications and acted as journalists of these publications, as well as other persons, who acted in networked complicity with them, their illegal activity was prevented.  
In accordance with results of the investigation conducted by the State Security Service, a criminal case was launched into blackmail and the conduct of operational and investigative activity by unauthorized persons using technical devices for secretly obtaining information, criminal proceedings were instituted against, Chief editor of the newspaper “Bizim dövr” (“Our era”) Surkhay Aliyev and other persons, who acted on his instructions, on suspicion of the relevant crimes. 
Surkhay Aliyev and other suspects gave comprehensive information about numerous crimes against the complainants, the slanderous material made by them as well as secretly filmed footages of intimate relations of different citizens were determined.
Investigative-operational measures are continued.