Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

22 mart 2020-ci il

21:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 800 min manat məbləğində vəsait köçürülüb.
Həmin vəsaitin köçürülməsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının könüllü istəyi ilə onların aylıq pul təminatı hesabına həyata keçirilib.