Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

12 noyabr 2019-cu il

11:00

2019-cu il noyabr ayının 7-də Özbəkistan Respublikasının Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. 
SORB-un iclasında beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə, habelə millətlər və konfessiyalararası münaqişələrin yaradılması cəhdlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və təhlükəsizliklə bağlı digər aktual məsələlər üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Bundan başqa, terrorçuların MDB ölkələrinə daxil olmaq, terrorçu qruplaşmalara yeni üzvlərin cəlb edilməsi cəhdlərinə qarşı əlavə tədbirlərin görülməsi məsələləri də diqqət mərkəzində olmuş, həmçinin Əfqanıstan İslam Respublikasındakı mövcud vəziyyətin Mərkəzi Asiyada regional təhlükəsizliyə təsirləri araşdırılmışdır.
General-leytenant Əli Nağıyev iclasda çıxış edərək bildirmişdir ki, Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir. Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran Xidmət rəisi, bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləmişdir. General-leytenant Əli Nağıyev həyata keçirilmiş tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlər, ilk növbədə terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulamışdır. Bu baxımdan, təhlükəsizlik və xü­su­si xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdıran Xidmət rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev ilə Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Abdusalom Azizov arasında keçirilmiş görüşdə hər iki ölkənin təhlükəsizliyinin qorunması məsələləri, o cümlədən terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə qarşı birgə mübarizənin effektivliyinin artırılması üzrə fikir mübadiləsi aparılmışdır. Sonda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır.       
General-leytenant Əli Nağıyevin digər tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə də möv­cud əməliyyat şəraiti və ona təsir göstərən amillər, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SORB-un 47-ci iclasının nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir. Dövlət başçısı ölkələrimizin təhlükəsizliyinə mümkün təhdid və hədələrə qarşı birgə mübarizənin gücləndirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir.

* * * * *

Отдел по общественным связям
СООБЩЕНИЕ

12 ноября 2019 г.

В городе Ташкент Республики Узбекистан состоялось 47-е заседание Совета руководителей органов безопасности и специальных служб (СОРБ) стран-участниц СНГ.
В заседании приняла участие делегация, возглавляемая начальником Службы государственной безопасности (СГБ) Азербайджанской Республики генерал-лейтенантом Али Нагиевым.
На заседании СОРБ были обсуждены пути усовершенствования и активизации борьбы против международного терроризма и различных видов транснациональной организованной преступности, а также попыток создания межнациональных и межконфессиональных конфликтов, перспективы сотрудничества по взаимному обмену оперативной информацией и другим актуальным вопросам, связанным с безопасностью. Кроме того, в центре внимания находились вопросы по дополнительным мерам против попыток проникновения террористов в страны СНГ и привлечения новых членов в террористические группировки, были рассмотрены вопросы влияния существующей ситуации в Исламской Республике Афганистан на региональную безопасность в Центральной Азии.
Выступивший на заседании генерал-лейтенант Али Нагиев отметил, что, несмотря на уничтожение основных опорных баз террористических организаций на территории Сирии и Ирака, попытки активизации религиозно-экстремистских и террористических групп все еще представляют серьезную угрозу международной безопасности. Террористическая сеть широко использует с целью пропаганды современные информационные технологии, и эта опасность создает условия для распространения идеологии экстремизма и религиозного радикализма, формирования новых потенциальных очагов террора.
Генерал-лейтенант Али Нагиев отметил, что в результате принятых мер предотвращено использование территории Азербайджанской Республики более 30 иностранными гражданами, пытавшимися присоединиться к участникам вооруженных конфликтов за пределами страны.
Начальник Службы государственной безопасности подчеркнул необходимость принятия коллективных мер по пресечению угроз международной безопасности и стабильности, укрепления международного партнерства в борьбе с общими угрозами, в первую очередь, терроризмом и радикальным экстремизмом, направленным против безопасности и стабильности. С этой точки зрения, доводя до сведения важность усиления связей сотрудничества между органами безопасности и спецслужб, начальник службы отметил значимость еще большего расширения обмена информацией и опытом для эффективного обеспечения безопасности наших стран.
На встрече, прошедшей в рамках мероприятия, между начальником Службы государственной безопасности Азербайджанской Республики Али Нагиевым и начальником Службы государственной безопасности Республики Узбекистан Абдусаломом Азизовым был проведен обмен мнениями по вопросам обеспечения безопасности обеих стран, в том числе, повышения эффективности совместной борьбы против различных видов транснациональной организованной преступности и терроризма.
В заключение было подписано Соглашение о сотрудничестве между Службой государственной безопасности Азербайджанской Республики и Службой государственной безопасности Республики Узбекистан.
В ходе двусторонних встреч, проведенных генерал-лейтенантом Али Нагиевым с другими партнерами – делегациями органов спецслужб, были обсуждены существующая оперативная ситуация и влияющие на нее факторы, а также перспективы сотрудничества в области безопасности.
Президент Республики Узбекистан Шавкат Мирзиеев принял руководителей делегаций 47-го заседания СОРБ. Глава государства отметил особое значение расширения связей сотрудничества с целью усиления совместной борьбы против возможных угроз безопасности наших стран.