“Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında seminar keçirilib

24 oktyabr 2019-cu il

11:45

Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində “Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında seminar keçirilib.
Tədbirdə çıxış edənlər keçirilən seminarın şəxsi heyətin maarifləndirilməsində böyük rol oynayacağını qeyd ediblər.
Seminar “Heç vaxt gec deyil” sənədli filminin nümayişi ilə başa çatıb.

mod.gov.az