Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub

16 sentyabr 2019-cu il

09:00

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, abidəsi önünə gül dəstəsi qoyulub. Tədbir Dövlət himninin ifa edilməsi ilə başlanıb.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncliyinə, eləcə də ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısı gənclərimizin ən müasir və keyfiyyətli təhsil almaları üçün hərtərəfli şəraitin yaradılmasını, Azərbaycan gəncliyinin sürətli tərəqqisini, dövlət idarəçiliyinə cəlb edilməsini və s. məsələləri daim diqqət mərkəzində saxlayır.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində həyata keçirilməsinə xüsusi önəm verilir və bu istiqamətdə zəruri tədbirlər görülür. Kursantların hərtərəfli hazırlıqlı zabit kimi formalaşmaları üçün Ulu Öndərin azərbaycançılıq irsinin öyrənilməsi, dahi rəhbərin müstəqil dövlətçilik amallarının mənimsənilməsi təlim-tədris prosesinin əsasını təşkil edir.
Tədbirin sonunda kursantlar yeni biliklərə yiyələnmək üçün auditoriyalara yollanıblar və Akademiyada tədris prosesinə başlanılıb.