Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib

06 sentyabr 2019-cu il

14:45

Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov, Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayevin, eləcə də müşahidəçi qismində Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovun rəhbərlik etdikləri nümayəndə heyətləri, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yüksəkvəzifəli əməkdaşı iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Tədbir iştirakçıları Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək önünə gül dəstəsi düzüblər.
Həmin gün öz işinə başlayan iclası giriş sözü ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev açıb, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Daha sonra general-leytenant Əli Nağıyev çıxış edərək Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransına üzv olan və müşahidəçi qismində iştirak edən dövlətlər üçün ciddi təhlükə doğuran terrorçuluğa, dini ekstremizmə və təcavüzkar separatçılığa birmənalı və vahid mövqedən yanaşmanın zəruri olduğunu bildirib.
Xidmət rəisi türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik sürətdə inkişaf edən tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirib, ölkələrimizin milli təhlükəsizliyinin etibarlı təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
General-leytenant Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin təsis edilməsinin əməkdaşlıq sahələrində birgə fəaliyyətə müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektivliyinin yüksəlməsinə əlverişli şərait yaradacağına ümidvar olduğunu söyləyib.
İclasda çıxış edən Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanov beynəlxalq terrorçuluğun dövlətlərimizin milli mənafelərinə yaratdığı təhdidlərdən danışıb. General-leytenant Orxan Sultanov bu baxımdan türkdilli dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizov və Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin rəhbəri İrakli Çimakadze da ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması üzrə əməkdaşlıq perspektivləri barədə danışaraq, terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd edib və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə digər iştirakçıların da çıxışları və multimedialı təqdimatları maraqla qarşılanıb, beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi üsulları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatları mübadiləsinə dair və maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türkiyənin Ankara şəhərində Daimi Katibliyinin yaradılması haqqında, həmçinin XXII Bakı iclasının nəticələri üzrə müvafiq sənədlər imzalanıb. İclas zamanı Özbəkistan Dövlət Təhlükəsizlik Xidməti müraciət edərək Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransına üzv qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məsələ iclasda müzakirə edilmiş və Özbəkistan Dövlət Təhlükəsizlik Xidməti yekdilliklə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransına üzv qəbul olunmuşdur.
Konfransın növbəti iclasının gələn il Qazaxıstanın Almatı şəhərində keçirilməsi qərara alınıb.

https://www.youtube.com/watch?v=DILMXZpIHAI

* * * * *

В Баку состоялось XXII заседание Конференции органов специальных служб тюркоязычных государств

06 сентября 2019 г.

В заседании приняли участие делегации во главе с начальником Службы государственной безопасности Азербайджанской Республики, генерал-лейтенантом Али Нагиевым, начальником Службы внешней разведки Азербайджанской Республики, генерал-лейтенантом Орханом Султановым, руководителем Национальной разведывательной организации Турции Хаканом Фиданом, председателем Комитета национальной безопасности Казахстана Керимом Масимовым, председателем Государственного комитета национальной безопасности Кыргызстана Орозбеком Опумбаевым, а также в качестве наблюдателя - делегация под руководством председателя Службы государственной безопасности Узбекистана Абдусалома Азизова, высокопоставленный сотрудник Службы государственной безопасности Грузии.
Вначале участники мероприятия в Аллее почетного захоронения с уважением почтили память архитектора и созидателя современного независимого азербайджанского государства, общенационального лидера Гейдара Алиева, возложили венок к его могиле.
Была также с уважением почтена память выдающегося офтальмолога, академика Зарифы ханым Алиевой, возложены цветы к ее могиле.
Затем делегации в Шехидляр хиябаны почтили память героических сынов Родины, погибших за независимость и территориальную целостность Азербайджана, возложили венок к мемориалу «Вечный огонь».
Участники мероприятия также посетили памятник, возведенный в Шехидляр хиябаны в честь турецких солдат, возложили к нему цветы.
Вступительным словом заседание, которое начало работу в тот же день, открыл начальник Службы государственной безопасности, генерал-лейтенант Али Нагиев, пожелал работе мероприятия успехов.
Помощник Президента Азербайджанской Республики по работе с правоохранительными органами и военным вопросам – заведующий отделом Фуад Алескеров поприветствовал участников мероприятия и зачитал поздравительное послание Президента Азербайджанской Республики Ильхама Алиева.
Выступивший затем генерал-лейтенант Али Нагиев отметил необходимость однозначного и единого подхода к терроризму, религиозному экстремизму и агрессивному сепаратизму, которые вызывают серьезную угрозу для государств-членов Конференции органов специальных служб тюркоязычных государств и государств, участвующих в качестве наблюдателя.
Начальник службы высоко оценил динамично развивающееся партнерство между органами государственной безопасности и специальными службами тюркоязычных государств, подчеркнул важность дальнейшего расширения обмена опытом и информацией для надежного обеспечения национальной безопасности наших стран.
Генерал-лейтенант Али Нагиев выразил надежду на то, что учреждение в Анкаре Постоянного секретариата Конференции органов специальных служб тюркоязычных государств окажет положительное воздействие на совместную деятельность в сферах сотрудничества, создаст благоприятные условия для усиления эффективности деловых связей с учетом новых реалий.
Выступивший на заседании начальник Службы внешней разведки, генерал-лейтенант Орхан Султанов рассказал о создаваемых международным терроризмом угрозах для национальных интересов наших государств. Генерал-лейтенант Орхан Султанов отметил в связи с этим важность дальнейшего укрепления сотрудничества между органами специальных служб тюркоязычных государств.
Руководитель Национальной разведывательной организации Турции Хакан Фидан, председатель Комитета национальной безопасности Казахстана Керим Масимов, председатель Государственного комитета национальной безопасности Кыргызстана Орозбек Опумбаев, председатель Службы государственной безопасности Узбекистана Абдусалом Азизов и руководитель Антитеррористического центра Службы государственной безопасности Грузии Ираклий Чимакадзе рассказали о перспективах сотрудничества для эффективного обеспечения безопасности наших стран, осуществляемых мерах против процессов радикализации, содействующих терроризму, подчеркнули необходимость укрепления взаимодействия в борьбе с любыми проявлениями экстремизма.
На мероприятии с интересом были встречены выступления и мультимедийные презентации других участников, состоялось широкое обсуждение вопросов активизации сотрудничества и методов его усовершенствования в борьбе с международными террористическими и религиозно-экстремистскими организациями, а также обмена оперативными данными о различных угрозах и преступлениях и других вопросов, представляющих взаимный интерес.
В заключение мероприятия были подписаны соответствующие документы о создании в Анкаре Постоянного секретариата Конференции органов специальных служб тюркоязычных государств, а также по итогам XXII Бакинского заседания. В ходе заседания Служба государственной безопасности Узбекистана обратилась с просьбой о рассмотрении вопроса  принятия ее в члены Конференции органов специальных  служб тюркоязычных государств.  Вопрос был обсуждён на заседании и Служба государственной безопасности Узбекистана единогласно была принята  в члены Конференции органов специальных  служб тюркоязычных государств.
Принято решение о проведении очередного заседания конференции в следующем году в городе Алматы.

https://www.youtube.com/watch?v=NLXWEZ6-mM8