DTX-də 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib

15 iyun 2019-cu il

08:00

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bütün struktur bölmələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib.
DTX-nin Heydər Əliyev adına Akademiyasında “15 İyun – Qurtuluşdan Böyük Zəfərlərə Doğru” mövzusunda konfrans təşkil olunub. DTX-nin Mədəniyyət Mərkəzində isə yaradıcı kollektiv tərəfindən məharətlə hazırlanmış müstəqilliyi və dövlətçiliyi tərənnüm edən konsert proqramı tamaşaçılarda şux ovqat yaradaraq, onlara əsl bayram sevinci yaşadıb.