28 May - Respublika Günü münasibətilə tədbir keçirilib

28 may 2019-cu il

15:00

Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrində 28 May – Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib. Belə tədbirlərdən biri də DTX-nin Heydər Əliyev adına Akademiyasında təşkil olunub.

Əvvəlcə DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı general-leytenant Əli Şəfiyev giriş nitqi ilə tədbiri açıq elan edib.
Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov çıxış edərək müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salındığını, bu mühüm tarixi və ictimai-siyasi hadisənin milli yaddaşda yeri və rolunun ətraflı təhlil edildiyini, dövlət quruculuğu təcrübəsi baxımından hərtərəfli öyrənildiyini vurğulayıb.
V.Qarayev, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbirin sonunda Respublika Gününə həsr olunmuş videokompozisiya nümayiş olunub.