“Heydər Əliyev və dövlət təhlükəsizlik orqanları” adlı tədbir keçirilib

11 may 2019-cu il

15:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar  DTX-nin Sabunçu Rİ-nin təşkilatçılığı, yerli icra hakimiyyəti strukturlarının dəstəyi ilə Nardaran qəsəbəsində yerləşən 130 və 295 saylı tam orta məktəblərin şagirdlərinin və pedaqoji kollektivlərinin birgə iştirakı ilə 295 saylı tam orta məktəbin akt zalında “Heydər Əliyev və dövlət təhlükəsizlik orqanları” adlı tədbir keçirilib.
Tədbir başa çatdıqdan sonra şagird və müəllimlərin DTX-nin Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” müzeyinə səfərləri təşkil olunub.
Unikal məzmuna və nəfis tərtibata malik “Şöhrət” muzeyi ilə tanışlıq zamanı şagird və müəllimlərə məlumat verilib ki, burada nümayiş olunan nadir eksponatlar, sənədlər və arxiv materialları ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü və onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir.