Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ilə əlaqədar veteranlarla görüş keçirilib

18 mart 2019-cu il

15:00

Tədbirdə Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyinin sədri Şamil Süleymanov və veteran İlham Bayramov iştirak ediblər.
Ş.Süleymanov təhlükəsizlik orqanlarının təşəkkül tarixindən danışıb, həmçinin bu orqanlardakı xidməti ilə bağlı xatirələrini bölüşüb, keçirilmiş əməliyyat tədbirlərinin maraqlı məqamlarından söhbət açıb.