“Təhlükəsizlik orqanları 100 ildə: Cümhuriyyətdən Müstəqil Azərbaycana” adlı elmi praktik konfrans keçirilib

15 mart 2019-cu il

15:00

Əvvəlcə DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinin icraçısı general-leytenant Əli Şəfiyev giriş nitqi ilə konfransın plenar iclasını açıq elan edib.
Sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov “Dövlət təhlükəsizliyi orqanlarının formalaşması və tarixi inkişafı”, Akademiyanın əməkdaşları dosent K.Məmmədova “Cümhuriyyətimizin təhlükəsizliyi”, L.İsgəndərova “Beynəlxalq təhlükəsizlik sistemində terrorizmə və separatçılığa qarşı mübarizədə Azərbaycanın iştirakı” və kursant N.Mustafalı “Dövlət təhlükəsizliyi orqanlarının inkişafında Heydər Əliyevin əvəzedilməz rolu” mövzularında çıxış ediblər.
Daha sonra konfrans bölmələr üzrə işini davam etdirib.