31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib

29 mart 2019-cu il

15:00

31 mart - Azərbaycanlıların soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbirdə Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxış edərək, ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan məlumatları diqqətə çatdırıb.