Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə “Buta” sarayında təntənəli tədbir keçirilib

29 mart 2019-cu il

19:30

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı münasibətilə martın 28-də “Buta” sarayında təntənəli tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, hökumət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycanın Milli qəhrəmanları, təhlükəsizlik orqanlarının veteranları, həmçinin 40 xarici xüsusi xidmət orqanının 160 rəhbər və təmsilçisi iştirak edib.
Yubiley tədbiri Azərbaycan Dövlət Xor Kapellasının ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov təntənəli tədbirin iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətlərinə təbrikini oxuyub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev çıxış edərək təntənəli tədbirin iştirakçılarına, o cümlədən yubiley ilə əlaqədar Bakıya qonaq gələn tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarının rəhbərlərinə və nümayəndə heyətlərinə təşəkkürünü bildirib.
General-polkovnik Mədət Quliyev qeyd edib ki, ölkəmizin heyrətamiz tərəqqisi, mövcud sabitlik və təhlükəsizlik müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən siyasətin məntiqi parlaq nəticəsidir. Dövlətimizin başçısının düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün təhlükəsizlik baxımından dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanır. Azərbaycanın formalaşmış güclü təhlükəsizlik strategiyası ölkəyə etibarlı tərəfdaş və öz maraqlarını qorumağa qadir dövlət imici qazandırır. Dinamik inkişaf yolunda olan ölkəmizdə dilindən, dinindən, milliyyətindən, əqidəsindən asılı olmayaraq, bütün insanlar sülh və əmin-amanlıq şəraitində yaşayır və çalışır. Bu Azərbaycan xalqının və dövlətinin böyük nailiyyətidir.
General-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əməkdaşlıq əlaqələrinin son illər daha fəal və səmərəli xarakter aldığını vurğulayıb. Bildirib ki, hazırda DTX dünyanın 70-dən artıq xüsusi xidmət orqanı ilə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlıq edir. Tərəfdaşlıq yalnız informasiya və təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və əməli kömək şəklində həyata keçirilir. Qürurverici haldır ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın da əməyi var.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev yubiley ərəfəsində möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamları ilə bir qrup əməkdaşın dövlət mükafatlarına və ali zabit rütbələrinə layiq görülməsini Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinə növbəti dəfə verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib. Xidmət rəisi göstərilən diqqət və qayğıya, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinin və bu orqanların əməkdaşlarının peşə bayramının yüksək səviyyədə keçirilməsinə şərait yaratdığına görə Ali Baş Komandana şəxsi heyətin adından dərin minnətdarlığını bildirib.
Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanov çıxışında Azərbaycan təhlükəsizlik orqanlarının təşəkkül tarixindən danışıb, möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin gündən-günə daha da möhkəmləndiyini xüsusi qeyd edib. General-leytenant Orxan Sultanov göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə Xarici Kəşfiyyat Xidmətinin şəxsi heyəti adından təşəkkürünü bildirib.
Təntənəli tədbir Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblının, “Qaya” dövlət vokal ansamblının, eləcə də respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bədii proqramla davam edib.

****

Во дворце «Бута» состоялось торжественное мероприятие по случаю 100-летия создания органов безопасности Азербайджана

28 марта во дворце «Бута» состоялось торжественное мероприятие по случаю 100-летия создания органов безопасности Азербайджана, профессионального праздника сотрудников органов государственной безопасности и внешней разведки.
В мероприятии Службы государственной безопасности приняли участие руководитель Администрации Президента Азербайджанской Республики Рамиз Мехтиев, помощник Президента Азербайджанской Республики по работе с правоохранительными органами и военным вопросам - заведующий отделом Фуад Алескеров, представители правительства, руководители правоохранительных органов, национальные герои Азербайджана, ветераны органов безопасности, а также 160 руководителей и представителей 40 зарубежных спецслужб.
Вначале мероприятия прозвучал государственный гимн в исполнении Азербайджанской государственной хоровой капеллы.
Помощник Президента Азербайджанской Республики по работе с правоохранительными органами и военным вопросам - заведующий отделом Фуад Алескеров поприветствовал участников торжественного мероприятия и зачитал поздравление Президента Азербайджанской Республики Ильхама Алиева личным составам служб государственной безопасности и внешней разведки.
Начальник Службы государственной безопасности, Национальный герой Азербайджана, генерал-полковник Мадат Гулиев в своем выступлении выразил признательность участникам торжественного мероприятия, в том числе руководителям и делегациям органов спецслужб стран-партнеров, прибывших в Баку.
Генерал-полковник Мадат Гулиев отметил, что невероятный прогресс нашей страны, стабильность и безопасность являются блистательным логическим результатом политики, заложенной основателем и созидателем современного независимого Азербайджана великим лидером Гейдаром Алиевым и успешно продолжающейся под мудрым руководством Президента Ильхама Алиева. Благодаря продуманной и дальновидной политике главы государства Азербайджан сегодня стоит в одном ряду с ведущими в плане безопасности государствами мира. Сформировавшаяся сильная стратегия безопасности приносит Азербайджану имидж надежного партнера, государства, способного защитить свои интересы. В нашей стране, находящейся на пути динамичного развития, независимо от языка, религии, национальности, вероисповедания все люди живут и работают в условиях мира и благополучия. Это большое достижение азербайджанского народа и государства.
Генерал-полковник Мадат Гулиев подчеркнул, что связи международного сотрудничества Службы государственной безопасности в последние годы приняли более активный и плодотворный характер. Он отметил, что в настоящее время СГБ осуществляет взаимное плодотворное сотрудничество в двустороннем и многостороннем формате с более чем 70 органами спецслужб мира, а также в рамках влиятельных международных организаций. Партнерство осуществляется не только посредством обмена информацией и опытом, но и во многих случаях в форме совместной деятельности и практической помощи. Вызывает чувство гордости и тот факт, что Азербайджан вносит вклад в формирование мировой системы безопасности.
Начальник Службы государственной безопасности, генерал-полковник Мадат Гулиев отметил, что присвоение накануне юбилея распоряжениями Президента Ильхама Алиева государственных наград и высших офицерских званий группе сотрудников является наглядным примером высокой оценки, данной в очередной раз деятельности Службы государственной безопасности. Начальник службы от имени личного состава выразил Верховному главнокомандующему глубокую признательность за проявленные внимание и заботу, а также создание условий для проведения на высоком уровне 100-летия органов безопасности Азербайджана и профессионального праздника их сотрудников.
Начальник Службы внешней разведки, генерал-лейтенант Орхан Султанов в своем выступлении рассказал об истории становления органов безопасности Азербайджана, особо отметил, что в результате целенаправленной внешней политики Президента Ильхама Алиева международный авторитет и позиции нашей страны день ото дня еще больше укрепляются. От имени личного состава Службы внешней разведки генерал-лейтенант Орхан Султанов выразил признательность главе государства Ильхаму Алиеву за проявленные внимание и заботу.
Торжественное мероприятие продолжилось художественной программой с участием Азербайджанского государственного камерного оркестра имени Кара Караева, Государственного ансамбля танцев, Государственного вокального ансамбля «Гая», а также известных деятелей искусств.