Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Respublika Baş Prokurorluğunun məlumatı

03 may 2016-cı il

Belə ki, daxili işlər, prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıblar.
Adları çəkilən şəxslərin üzərlərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 avtomat silah, 2 tapança, 13 əl qumbarası, müxtəlif çaplı 310 patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.