Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları “Bakutel-2018” sərgisi ilə tanış olublar

05 dekabr 2018-ci il

16:45

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Bakı Ekspo Mərkəzində “Bakutel-2018” - XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi ilə tanış olublar.
20 ölkədən 230 şirkətin iştirak etdiyi sərgidə 10 ölkə - ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.
Sərgidə müəssisələrin məhsul və xidmətləri, həyata keçirilən innovativ layihələr, müasir informasiya texnologiyalarının nailiyyətləri barədə maraqlı məlumatlar verilib.