Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatı

25 oktyabr 2018-ci il

12:00

2018-ci il oktyabr ayının 25-də Qazaxıstanın Almatı şəhərində MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 45-ci iclası keçirilmişdir. İclasın işində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.