“Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib” mövzusunda tədbirlər keçirilir

16 oktyabr 2018

13:15

Dövlət Təhlükəsizliyi Xidmətinin bütün struktur bölmələrində və hərbi hissələrində eyniadlı tədbirlər və dəyirmi masalar təşkil olunur. Tədbirlərdə DTX-nin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin rəhbər işçiləri, əməkdaşları, hərbi qulluqçuları, həmçinin təhlükəsizlik orqanlarının veteranları iştirak edirlər.
Məruzələrdə qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan dövlətçilik xəttini və milli inkişaf strategiyasını möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev uğurla davam etdirir.
Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə bu siyasi kursun dönmədən və müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində dövlət quruculuğunun yeniləşmə və müasirləşmə mərhələsində gələcəyə daha da inamla addımlayan, regionun lideri olan doğma Azərbaycan günbəgün hər sahədə heyrətamiz sürətlə inkişaf edir.
Beynəlxalq aləmdə yaşanan siyasi-iqtisadi çətinliklərə rəğmən möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən düşünülmüş və böyük uzaqgörənliklə gerçəkləşdirlən qətiyyətli siyasət, Azərbaycanda təmin edilən rifah və ardıcıl tərəqqi, həmçinin milli həmrəyliyin möhkəmləndirilməsi ölkədə mükəmməl sabitlik yaratmaqla ümumi təhlükəsizliyə də əvəzsiz töhfələr verir və dünya miqyasında respublikanın nüfuzunu daha da yüksəldir.