DTX-nin Heydər Əliyev adına Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib

17 sentyabr 2018-ci il

10:00

Təntənəli mərasim əlaçı kursantların dövlət bayrağını qaldırması və Azərbaycan Respublikasının dövlət himninin ifa edilməsi ilə başlanıb.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan gəncliyinə, eləcə də ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısı bu sahəyə əhəmiyyətli investisiya qoyuluşu, gənclərimizin ən müasir və keyfiyyətli təhsil almaları üçün hərtərəfli şəraitin yaradılması, Azərbaycan gəncliyinin sürətli tərəqqisi, dövlət idarəçiliyinə cəlb edilməsi və s. məsələləri daim diqqət mərkəzində saxlayır.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında kadr hazırlığının dövrün tələbləri səviyyəsində həyata keçirilməsinə xüsusi önəm verilir və bu istiqamətdə zəruri tədbirlər görülür. Kursantların müasir biliklərə yiyələnərək hərtərəfli hazırlıqlı zabit kimi formalaşmaları üçün Ulu Öndərin azərbaycançılıq irsinin öyrənilməsi, dahi rəhbərin müstəqil dövlətçilik ideya və amallarının mənimsənilməsi təlim-tədris prosesinin əsasını təşkil edir.
Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək yeni biliklər əldə etmək üçün auditoriyalara yollanıblar və Akademiyada tədris prosesinə başlanılıb.