Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə bağlı veloyürüş keçirilib

28 may 2018-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idmanı klubu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Xalq Cümhuriyyətinin varisləriyik” devizi altında veloyürüş keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, DTX-nin velosiped idmanı klubunun üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.