M.Q.Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları

M.Q.Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 mart 2018-ci il.

*****

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-mayor ali hərbi rütbəsi

polkovnik Rəşad Firidun oğlu Həmzəyevə
polkovnik İmran Surxay oğlu Tağı-zadəyə

ədliyyə general-mayoru ali hərbi rütbəsi

ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 mart 2018-ci il.

*****

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Zaur Aydın oğlu – polkovnik
Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki

“Vətən uğrunda” medalı ilə

Ramazanov Rafiq Sultan oğlu – polkovnik
Hüseynov İlqar Yavər oğlu – polkovnik
Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant
Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant
Məmmədquliyev Əli Şüceyib oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant
Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant
Əzimov Əzim Yaqub oğlu – leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant
Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant
Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı
Paşayev Qənimət Əliheydər oğlu – mayor
Hacıyev Ramil Kamil oğlu – mayor
Həşimov Mirələm Ağamir oğlu – mayor
Ələskərov Kazım Faiq oğlu – mayor
Zeynalov Vüsal Nayib oğlu – kapitan
Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 mart 2018-ci il.