Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin elanı

Hörmətli valideynlər!

Əgər övladınızın istedadının üzə çıxarılmasını, yaradıcılıq qabiliyyətinin inkişafını, mədəni-mənəvi aləminin zənginləşdirilməsini, ümumən vaxtının səmərəli keçirilməsini istəyirsinizsə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi bu şansı Sizə verir.
Mədəniyyət Mərkəzində fəaliyyət göstərən musiqi məktəbinin – fortepiano, skripka, violençel, tar və qarmon siniflərinə, bundan başqa şahmat, rəsm, floristika, yaradıcı əllər, rəqs dərnəklərinə, həmçinin Azərbaycanda ilk dəfə yaradılan Klassik Yoqa məktəbinə yazıla bilərsiz.
Dərslər fərdi və qrup şəklində keçirilir.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi 3 (keçmiş Şəhriyar adına Mədəniyyət evi).

Əlaqə telefonları:   (012) 405 91 84 (012) 405 91 13