20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19 yanvar 2018-ci il

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Xidmətin əməkdaşları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulmuşdur.

DTX-nin akt zalında davam edən anım tədbiri şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır. Dövlət himni səsləndirilmişdir.
Tədbirin sonunda Azərbaycanın qəhrəman övladlarının şücaət və igidlik nümunələrindən bəhs edən sənədli film nümayiş olunmuşdur.