Ali hərbi rütbənin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 mart 2016-cı il

İ.M.Bağırova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Məmmədəli oğlu Bağırova general-mayor ali hərbi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2016-cı il.