Prezident İlham Əliyev DTX Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarını mükafatlandırmışdır

19 dekabr 2017-ci il

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşlarına “Əməkdar müəllim” fəxri adı verilsin:

Hüseynova Elmira Bahadur qızı
Əsədova Nailə Əsəd qızı
İsmayılov Zakir Xeyrulla oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2017-ci il.

* * * * *

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Kərimova Elnurə Camal qızı
Tağıyeva Leyla Əliyevna.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2017-ci il.