Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

24 fevral 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı Dövlət başçısını müşayiət edən nümayəndə heyətinin üzvü Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev İran İslam Respublikasının Təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşmüşdür.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunmuşdur.