Dövlət Təhlükəsizliyi Xidmətində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

31 mart 2017-cı il

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının və 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.
Tədbirin sonunda azərbaycanlıların soyqırımı, öz əzəli tarixi torpaqlarından qovulmaları və deportasiyaları barədə sənədli film nümayiş edilmişdir.

*****

Bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 1918-ci il 31 mart soyqırımı nəticəsində Azərbaycanda on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni-daşnak silahlı birləşmələri tərəfindən qəddarlıqla, vəhşicəsinə qətlə yetirilib, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, məscidlər, məktəb binaları yandırılaraq dağıdılıb. Martın 31-dən aprelin 3-dək davam edən soyqırımında erməni-daşnak silahlı birləşmələri təkcə Qubada minlərlə azərbaycanlını, ləzgini, yəhudini və digər millətə mənsub insanı qətlə yetirib, 162 kəndi yandırıblar. Bunlardan 35-i hazırda mövcud deyil. Şamaxının 53 kəndində isə 8 mindən çox azərbaycanlını öldürüblər.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub.

Artıq 19 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı hər il dövlət səviyyəsində anım mərasimləri və digər tədbirlər keçirilir.