Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

01 fevral 2017-ci il

Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri etmişdir.  

Dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun  və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilmiş, F.Sadıqov isə şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

*****

Служба Государственной Безопасности

Отдел по общественным связям

СООБЩЕНИЕ

1 февраля 2017 года

В результате расследования была подтверждена поступившая в Службу государственной безопасности информация о том, что группа лиц, принявших подчинение действующей за пределами Азербайджана террористической организации, приобретя взрывчатку и боеприпасы, планировали совершить террористические акты в различных местах республики на почве религиозного экстремизма, что определила необходимость принятия неотложных мер.
31 января 2017 года была проведена спецоперация по задержанию подозреваемых в подготовке особо тяжких преступлений на почве религиозного экстремизма граждан Азербайджанской Республики – М.Улубекова по кличке «Абу Хафса», Г.Демирова по кличке «Абдулгариб», Ф.Садыгова по кличке «Абдулхалид», Т.Алмамедова, С.Мамедова по кличке «Абдуллах». В ходе операции, оказавшие совместное сопротивление члены группы М.Улубеков, Т.Алмамедов, Г.Дамиров и С.Мамедов открыли огонь из автомата и пистолета, в результате ответных мер со стороны специальной оперативной группы в порядке, определенном законодательством, были уничтожены с использованием служебного оружия, Ф.Садыгов задержан в качестве подозреваемого лица.
В настоящее время оперативно-следственные мероприятия продолжаются.