Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

26 yanvar 2017-ci il

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dini ekstremizmdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Ocaqov Ceyhun İslam oğlunun tutulması üçün 2017-cı il yanvarın 26-da xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı C.Ocaqov silahlı müqavimət göstərərkən cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silahdan istifadə edilməklə məhv edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.