Academy of the State Security Service of

the Republic of Azerbaijan named after Heydar Aliyev

Akademiyada təlim-tərbiyə işi

Akademiyada kursant, dinləyici və gənc zabitlərin təlim-tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Təlim-tərbiyə işinin əsasını vətənpərvərlik, dövlətçilik və Heydər Əliyev ideyalarına sədaqət təşkil edir. Bu işdə "Şöhrət" muzeyinin özünəməxsus yeri vardır. Muzeydə əksini tapmış Ulu öndərin keçdiyi həyat yolu, onun ən kiçik vəzifələrdən dövlət başçısınadək yüksələn fəaliyyəti gənc nəslin tərbiyəsində xüsusi rol oynayır.
Heç təsadüfi deyil ki, bu gün "Şöhrət" muzeyi məbədə çevrilmişdir və hər il muzeyi 2000-dən artıq adam ziyarət edir. Belə ki, hər il təhlükəsizlik orqanlarının və Akademiyanın gənc əməkdaşları, kursant və dinləyiciləri ilə yanaşı, respublikanın aparıcı mülki və hərbi ali təhsil müəssisələrinin tələbə və kursantları, eləcə də müxtəlif dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, xarici qonaqlar mütəmadi olaraq "Şöhrət" muzeyini ziyarət edirlər. Ziyarətçilər ulu öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirir və Akademiyadan böyük təəssüratla ayrılırlar.
Ümummilli Lider Heydər Əliyevin doğum və anım günləri münasibətilə Akademiyada hər il silsilə tədbirlər, o cümlədən təntənəli mərasimlər, elmi-praktik konfranslar, ədəbi-bədii gecələr, intellektual oyunlar, müsabiqələr, konsertlər, kütləvi-idman yarışları keçirilir.
Akademiyada rəsmi dövlət bayramları: Respublika, Konstitusiya, Milli qurtuluş, Silahlı Qüvvələr, Müstəqillik, Dünya Azərbaycanlılarının həmrəyliyi, Dövlət Bayrağı günləri və digər əlamətdar tarixlər, eləcə də Andiçmə, Bilik günü və məzunların buraxılışı tədbirləri təntənəli surətdə qeyd olunur, respublikanın tanınmış ictimai-siyasi xadimləri, incəsənət ustaları və təhlükəsizlik orqanlarının veteranları ilə görüşlər keçirilir.
Akademiyanın kursantları tədrisdənkənar vaxtlarda ədəbi-bədii yaradıcılıqla məşğul olur, kütləvi idman tədbirlərində və müxtəlif idman yarışlarında iştirak edirlər. Kursantlar üçün elmi və özfəaliyyət dərnəkləri, şən və hazırcavablar klubu, intellektual oyun qrupları və s. təşkil olunur.
Ötən dövr ərzində milli təhlükəsizlik orqanları üçün yüksək ixtisaslı, peşəkar milli kadrların hazırlanması istiqamətində fəaliyyətini daim təkmilləşdirən, ölkənin təhsil sistemində öz yeri və rolu ilə seçilən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası respublikamızın ən mötəbər xüsusi təyinatlı ali təhsil müəssisələrindən birinə çevrilmişdir.