Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi Dövlət Təhlükəsizliyi Xidməti haqqında məlumatları, eləcə də digər faydalı informasiyaları almağa əlverişli şərait yaratmaqla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması üçün də bir vasitədir.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsinin hər bir istifadəçisinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN ELEKTRON ÜNVANINA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsinin elektron ünvanına göndərilmiş vətəndaşların müraciətləri daxil olan kimi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublika­sının 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli 950 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
Müraciətdə fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı, müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı göstərilir. Bu tələblərə cavab vermədikdə müraciət anonim sayılır. Anonim müraciətlər qəbul edilmir və onlara baxılmır.
Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.
Müraciətlər və onlara aid sənədlərin surətləri, fotoşəkillər və digər əlavələr Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı ünvanlarına göndərilə bilər:

elektron formatda:  mektub@dtx.gov.az

və yaxud adi poçtla: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti AZ1006, Bakı şəhəri, Parlament prospekti 14.

Apellyasiya Şurasına elektron şikayət ilə əlaqədar: www.e-gov.az