Dövlət Təhlükəsizliyi Xidmətinin komandası yüksək nəticə göstərmişdir

23 sentyabr 2017-ci il
 
Fövqəladə Hallar Nazirliyinin Təlim-tədris mərkəzində Milli Olimpiya Komitəsinin (MOK), Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin dəstəyi və “Events Management Azerbaijan” şirkətinin təşkilatçılığı ilə FHN-nin Abşeron rayonu ərazisində yerləşən təlim-tədris mərkəzində beynəlxalq səviyyəli ekstremal idman tədbiri - “Mübarizlər” yarışı keçirilmişdir.

“Mübarizlər” idman yarışı 5 kilometr məsafəyə 42 maneəni keçmək üzrə çempionat və komanda formatında keçirilmişdir. Yarışda Dövlət Təhlükəsizliyi Xidmətinin 20 nəfərdən ibarət komandası iştirak etmiş və 50 komanda arasında 1 saat 23 dəqiqə nəticə ilə 2-ci yeri tutmuşdur.

Yarışmada mürəkkəb konstruksiyalı və çətin keçilən maneələri dəf edən iştirakçıların sonda mükafatlandırılması mərasimi olmuşdur. Qaliblərə diplom və pul mükafatları, ilk üç yeri tutanlara isə medal və kuboklar təqdim edilmişdir.