28 May – Respublika Günü münasibətilə tədbir keçirilmişdir

26 may 2017-ci il

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilmişdir.
Mərasimdə 28 May – Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şaxmat dərnəyinin üzvləri – DTX əməkdaşlarının uşaqları arasında ənənəvi olaraq qələbə uğrunda keçirilmiş turnirin qaliblərinə medallar və diplomlar təqdim olunmuşdur.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin struktur bölmələrinin əməkdaşları arasında təşkil olunmuş və Bakı şəhər Gənclər və İdman baş idarəsinin hakimləri tərəfindən idarə edilmiş üçnövçülük yarışının (velosiped yürüşü 10 km., qaçış 3 km, üzgüçülük 500 metr) qaliblərinə general-leytenant Mədət Quliyev tərəfindən kubok, medallar və qiymətli hədiyyələr verilmişdir.

Bayram tədbiri DTX-nin əməkdaşları və onların övladlarının iştirakı ilə hazırlanmış geniş və maraqlı konsert proqramı ilə davam etmişdir.